SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransalı modelyer Оlivye Rusten evində baş verən partlayış nəticəsində çoxsaylı xəsarətlər alıb.

BAKU.WS xəbər verir ki, bu haqda modelyer sosial şəbəkə hesabında məlumat verib. Оlivye bədbəxt hadisənin ötən il baş verdiyini bildirib:

"Bir il əvvəl evimdə soba partladı. Səhəri gün Parisin Sent-Luis xəstəxanasında oyandım. Həmin vaxt koronavirus xəstələri ilə məşğul olan həkimlər mənə çox qayğı göstərdilər. Yaralarım sağalana qədər yeni kolleksiyalar üzərində işləməyə davam etdim. Hazırda sağalmışam və xoşbəxtəm. Buna görə hər gün Allaha şükr edirəm".

Qeyd edək ki, Olivye Rusten "Balmain" moda evinin rəhbəridir.

BAKU.WS