SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Brilliant Dadaşovanın bacısı oğlu Zaur Mahmudov həbs edilib.

BAKU.WS xəbər verir ki, Zaur Mahmudov sənətçinin bacısı Lalə Dadaşovanın oğludur. Eyni zamanda Zaur Əməkdar artist Mehriban Xanlarovanın keçmiş həyat yoldaşı olub. Onlar evləndikdən qısa müddət sonra boşanıblar.

Bir müddət əvvəl Elgiz Əkbərin proqramına qonaq olan Lalə Dadaşova keçmiş gəlini Mehriban Xanlarova ilə münasibətinin yaxşı olduğunu bildirib. O, əvvəl oğlu Zaurla Mehriban arasında yaş fərqi çox olduğundan evlənmələrinə icazə verməyib, lakin daha sonra razı olub. Cütlük övladı olmadığından ayrılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan 1973-cü il təvəllüdlü Mahmudov Zaur Arif oğluna hökm oxunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS