SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Vamiq Məmmədəliyev “Evdəkilərə salam” proqramının qonağı olub.

BAKU.WS xəbər verir ki, verilişin çəkilişləri tarzənin bağ evində reallaşdırılıb. Proqramda onun həyat yoldaşı və nəvələri də yer alıb. Sənətçi proqramın aparıcısı Aytəkin Mərdanova ilə bağ evini qarış-qarış gəzib.

Xalq artistinin Bakı kəndlərindən biri Kürdəxanıda yerləşən evi daha çox qədimiliyi ilə diqqət çəkib.

Belə ki, Vamiq Məmmədəliyevin mənzilində xeyli əntiq əşyalar var. Onlar arasında ötən əsrə aid məişətdə istifadə edilən iri dəmir qab-qacaqlar, cəhrə, sandıq, samovarlar və vallar yer alıb.

Tarzən muzeyə bənzəyən bağ evinin hər bir otağını qarışıq salmamaq üçün nömrələdiyini də bildirib.

BAKU.WS
VİDEO

QALEREYA