SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Sevda Yahyayeva şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, “Özəl” proqramına qonaq olan sənətçi sevməyin və sevilməyin çox gözəl hiss olduğunu bildirib. İfaçı sevgisiz yaşamağın yaşamaq olmadığını etiraf edib:

“Sevgisiz yaşamaq yaşamaq deyil. Mən bunu indi başa düşürəm. İstəyirəm ki, hər kəsin həyatında saf sevgi olsun. İnsanlar sevsinlər, sevilsinlər. Həyat onda insana o qədər gözəl görünür ki... Bütün rənglər al-əlvan olur, insanın ruhu xoşbəxt olur, yaşamağa daha da həvəsi artır”.

Xatırladaq ki, Yahyayeva həkim əri Zakir Bayramovla ötən il ailə həyatı qurub. Pandemiya səbəbilə toy edə bilməyən cütlük sadə nikah mərasimi ilə evləniblər. Sevda müsahibələrindən birində oktyabrın sonunda özünə toy edəcəyini və iki gəlinlik geyinəcəyini açıqlayıb.

BAKU.WS
VİDEO