SİZİN REKLAM BURADA!
055 213 76 73


“Kurtlar vadisi” serialının “Abdülhey”i Kenan Çoban əsl peşəsi ilə hər kəsi təəccübləndirib.

BAKU.WS xəbər verir ki, aktyor verdiyi müsahibələrdən birində əsl peşəsinin idman menecmentliyi olduğunu açıqlayıb.

46 yaşlı Çoban bu işi ilə bağlı uzun illər Antalya və Ankara kimi şəhərlərdə yaşayıb. Kenan müsahibəsi zamanı bu günə qədər bir çox işlə məşğul olduğunu da qeyd edib:

“Universiteti maliyyə üzrə bitirmişəm, mühasibatlıqla məşğul olmuşam, çayxana işlətmişəm, rəssamlıqla məşğul olmuşam. Həyatım boyu dayanmadan işləmişəm. Amma aktyor olacağım ağlıma gəlmirdi.

Demək ki, taleyimə belə yazılıbmış. Allaha şükürlər olsun ki, mən bundan şikayətlənmirəm, çox gözəl taledir. Yaxşı ki, insanlar məni tanıyır, sevir”.

Qeyd edək ki, Kenan Çoban “Kurtlar vadisi” serialından sonra reytinqli ekran işi olan “Eşkiya dünyaya hükümdar olmaz”da da rol alıb.

BAKU.WS