SİZİN REKLAM BURADA!
055 213 76 73


Tacikistanlı bloger Ruslan Bobiyev (əsl adı Müzəffər) 10 gün müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS xəbər verir ki, buna səbəb blogerin Moskvanın mərkəzində yerləşən Vasili Blajennı kilsəsi önündə dostu ilə erotik fotosessiya etdirməsidir.

Ruslan sözügedən görüntüləri instaqram hesabında yayımlayıb. Hətta bloger "polislə seks" imitasiyasına xeyli bəyənmə gəlməsə görüntüləri video formasında paylaşacağını da qeyd edib. Onun bu şəkilləri sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

İstifadəçilər görüntüləri millətlərarası nigahlara və münasibətlərə, LGBT, o cümlədən feminizmə qarşı təxribat adlandırıblar. Bu addımın tacik millətinin adını ləkələdiyini qeyd ediblər.

23 yaşlı Ruslanın həbsindən bir neçə saat sonra onun dostu da saxlanılıb. Bundan başqa tacik vətəndaşın Rusiya ərazisinə qanunsuz daxil olduğu da aşkarlanıb. Ruslanın yanında fotolarda yer alan Asya Akimovadır. (əsl adı Anastasiya Çistov)

Ona polis formasının qanunsuz daşıdığına görə protokol tərtib edilib.

Baş verənlərlə bağlı açıqlama verən bloger etdiyi hərəkətə görə təəssüf hissi keçirdiyini qeyd edib:

“Təəssüf edirəm ki, polis formasında qızla şəkil çəkdirmişəm, bir də heç vaxt belə bir şey etməyəcəyəm. Məni buradan deportasiya edin ki, bir daha gəlməyim".

BAKU.WS
QALEREYA