SİZİN REKLAM BURADA!
055 213 76 73


Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabında paylaşım edib.

BAKU.WS xəbər verir ki, o, fəaliyyəti ilə bağlı status yazıb. Bir müddət əvvəl “Xəzər” televiziyası ilə yollarını ayıran aparıcı yeni mövsümdən hansı telekanalda çalışacağını yaxın zamanda açıqlayacağını bildirib:

“İstər iş təklifi edən kanallara, istərsə də siz dəyərli izləyicilərimə təşəkkürüm sonsuzdur. Göstərdiyiniz səmimi münasibətə görə hər birinizə minnətdaram. Mövsümə start verilib. Hər gün yazırsınız, hansı kanalda çalışacağımı soruşursunuz.

Bildirmək istəyirəm ki, hazırda Türkiyədəyəm. Qısa müddətə Bakıda olacam. İşlə bağlı nəticələrim haqqında açıqlamam olacaq”.


BAKU.WS