SİZİN REKLAM BURADA!
055 213 76 73


Uzun müddətdir xəstəxanada müalicə alan və vəziyyəti ağır olan müğənni Səyyad Əlizadədən xəbər var.

Sənətçinin kürəkəni Razim Qarayev BAKU.WS-ə açıqlamasında ifaçının səhhətində irəliləyiş müşahidə olduğunu bildirib:

“Səyyad bəyin vəziyyəti yaxşılaşmağa doğru gedir. Hərarəti çox yüksək idi. Hazırda azalıb. Həkimlərdən yaxşı xəbərlər gözləyirik”.

Səyyad Əlizadə ilə həyat yoldaşı Kəmalə xanım da xəstəxanaya yerləşdirilmişdi. Qohumunun sözlərinə görə, onun vəziyyəti yaxşı olduğundan bu gün evə buraxılıb.

BAKU.WS