SİZİN REKLAM BURADA!
055 213 76 73


“Yadda qalmaq və sevilmək üçün xüsusi bir şey etmirəm. Bu təbii olaraq meydana gəlir. Sənətdən getsəm belə insanlar məni unutmurlar. Şou aləmində hansı müğənni bunu bacarar? Bu mənim gözəl mahnılarımın və sənətimin olmağının sübutudur".

BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Samir Bağırov "10-da görüşək" proqramında olarkən deyib. İfaçı 10 il sənət aləmində olmamasına baxmayaraq, hələ də sevildiyini vurğulayıb:

"10 il müğənnilik etmədim. 10 il sonra qayıtdım. Yenə də insanların eyni marağı və sevgisi ilə qarşı-qarşıyam. Bu sevgi mənim üçün çox önəmli və qiymətli mükafatdır. Mənim üçün Xalq artisti adı o qədər də əziz deyil. Kim bu sevgini qazanıb saxlaya bilər?”

Samir Bağırov indiyə qədər fəxri ad ala bilməməsindən də danışıb:

“Fəxri ad almaq məsələm gecikir. Amma bu məni çox da narahat etmir. Gənclik illərimdə bu ad məsələsi var idi. Polad Bülbüloğlunun nazir olduğu dövrdə zəng etdilər ki “Sən fəxri ad almaq istəmirsən?” Dedim “İstəyirəm”. Bildirdilər ki “Gəl danışaq bu haqda”. Amma mən belə, bu tərzdə fəxri ad almaq sitəmirəm. Mən istəyirəm onlar məni çağırıb versinlər bu adı”.

BAKU.WS
VİDEO