SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Aygün Kazımova instaqramda maraqlı paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, ötən gün koronavirusa yoluxub sağaldığını açıqlayan sənətçi sağlam həyat tərzinə daha çox üstünlük verməyə başlayıb.

Belə ki, Kazımova Dənizkənarı Bulvarda velosiped sürərkən görüntülənib.

Xalq artisti bu videosunu sosial şəbəkə hesabında izləyiciləri ilə də bölüşüb. Onun bu addımı maraq və rəğbətlə qarşılanıb.

Qeyd edək ki, ötən gün Xalq artisti koronavirusa yoluxub sağaldığını, xəstəliyin 3 gününü isə ağır keçirdiyini qeyd etmişdi.

BAKU.WS
VİDEO