SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Aygün Kazımova ilə müğənni Natəvan Həbibi arasında barışıq olduğundan yəqin ki, xəbəriniz var.
 
BAKU.WS-in məlumatına əsasən, yeni barışan məşhurlar birgə duet ifa edəcəklər. "Xəzər Maqazin” verilişində təqdim olunan süjetdən belə məlum olub.
 
Daha dəqiq söyləsək, Rəhim Rəhimli yeni oxuyacağı "Həbibim” adlı mahnını Aygün Kazımova və Natəvan Həbibi ilə birgə ifa etmək istəyini dilə gətirib.
Hər iki tərəf isə buna "hə” cavabını verib. Onlar hətta hər üçünün adının baş hərfindən ibarət qrup da yaradacaqlar. Odur ki, yaxın vaxtlarda "RAN” adlı yeni qrupun təməli qoyularsa, buna heç təəccüblənməyin.
 
Yeri gəlmişkən, qedy edək ki, müğənni Natəvan Həbibi bir il öncə Aygün Kazımovaya qarşı iddia ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdi. N.Həbibi iddia ərizəsində A.Kazımova tərəfindən şərəf və ləyaqətinin təhqir olunduğunu, işgüzar nüfuzuna xələl gətirildiyini bildirmişdi. 
 
Bunun üçün A.Kazımovanın N.Həbibidən üzr istəməsi tələb olunurdu. Məhkəmə N.Həbinin iddiasını təmin etmişdi. Belə ki, məhkəmənin qətnaməsinə görə, xalq artisti Natəvan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməli idi. Həmin qətnamədən A.Kazımovanın verdiyi apellyasiya və kassasiya şikayətləri isə təmin edilməmişdi.

Lakin həmin qətnamə A.Kazımova tərəfindən icra olunmadığı üçün N. Həbibiyenidən məhkəməyə müraciət etmişdi. A.Kazımova məhkəmə qərarını icra etmədiyi üçün onun ölkədən çıxışına qadağa qoyulması istənilmişdi. Məhkəmə A.Kazımovanın ölkədən çıxışının məhdudlaşdırılması barədə qərar qəbul etmişdi. Bundan sonra A.Kazımova həmin qərardaddan apellyasiya şikayəti verərək məhdudiyyətin götürülməsini istəmişdi. Lakin məhkəmə onun şikayətini təmin etməmişdi.

Bir neçə ay öncə isə gözlənilmədən tərəflər arasında barışıq olub. Hər iki müğənni yerli telekanalların maqazin verilişlərinə çıxaraq, barışdıqlarını elan etdilər.

Aysel.Ş
BAKU.WS