SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Flora Kərimova son günlər cəmiyyətdə baş verən cinayət hadisələrinə səssiz qalmayıb.

BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkədə bununla bağlı status yazıb. İfaçı günbəgün artan qadın və uşaq ölümlərini çox sərt şəkildə qınayıb:

"Bu nə dəhşətdir, biz görürük? Bu hadisələr millətin üz qarası, faciəsidir. Qadın ərinin vəhşiliyindən şikayət edir, barışdırırlar ki, "ailə münaqişəsidir". Sonra başı kəsilir. Altı aylıq körpə boğulur.

"Deyək, inancın yoxdur, bəs yaradandan qorxmadın? Qız uşağını sevmirdin, insaniyyətini harada itirdin? Dində, elmdə təsdiqin tapıb ki, övladın cinsiyyəti atadan gəlir. Deyək ki, bunu bilməyəcək qədər savadsızlar hələ də var. Din xadimləri, bunu insanlara aşılayın.

Deyin ki, peyğəmbərimizin tək övladı qız idi. Dinimiz qız övladını sevib, qorumağı öyrədir. Təbliğ edin ki, dinimiz qız övladına necə dəyər verir. Bunları təkrar-təkrar demək sizin borcunuzdur. Vicdanı olmayan insan hər şeyə qadirdir…"

BAKU.WS