055 213 76 73
Xalq artisti Aygün Kazımova yeniliklərindən bəhs edib.
Axşam.az-ın məlumatına görə, müğənni "Star life" verilişinə açıqlamasında bu yay çoxlu konsert verəcəyini deyib:
"Yayda çox konsertim olacaq. İlk konsert iyunun 18-də Nabranda baş tutacaq. Çox sevdiyim bir insanla səhnəni bölüşəcəm".
A.Kazımova şou-biznesdə baş verən qalmaqallardan da söz açıb:
"Nələrsə baş verəndə çalışıram, fikir verməyim. Kiməsə sözüm olanda, efirdən cavab vermirəm. Yığıram telefonunu, deyirəm ki, çaşma".
BAKU.WS