SİZİN REKLAM BURADA!
055 213 76 73


Avroviziya təmsilçimiz Samirə Əfəndi bu dəfə də Xalq artisti Aygün Kazımovanın libasından geyinib.

BAKU.WS xəbər verir ki, ötən gün açılış mərasiminə qatılan sənətçi ön hissəsi qısa, arxa hissəsi uzun çəhrayı libas geyinib.

Bu geyimi Xalq artisti Aygün Kazımova konsertlərindən birində geyinib. Libasın yuxarı hissəsinə bir qədər dəyişiklik edilib.

Samirə Əfəndinin ikinci dəfə geyinilmiş libasdan istifadə etməsi sosial şəbəkələrdə tənqid edilib.

Xatırladaq ki, Samirənin bir müddət əvvəl geyindiyi qara rəngli libası da A.Kazımovanın 1 il əvvəl geyindiyi libasla eynilik təşkil edib.

Sənətçinin hər iki geyimini modelyer Rüfət İsmayılov hazırlayıb.

BAKU.WS
QALEREYA