13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Dondan dona girən, ilklər kraliçası, səhnəmizin pop divası, xalq artisti Aygün Kazımova məclislərin birində BAKU.WS-in kamerasına yaxalandı.

Kazımova yenə cazibədar və dəbdəbəli obrazı ilə gecəyə öz damğasını vurdu. Pop diva bu dəfədə geyimi ilə digər ulduzlardan seçilməyi bacardı. Aygünün geyindiyi tünd göy rəngdə sinə dekolteli libası və göz qamaşdıran aksesuarları obrazına əlavə gözəllik qatdı. 

Aygün Kazımova ilə xoş-beş etdikdən sonra onu sual atəşinə tutduq. Layihələri ilə şou-biznesi sıfırlayıb yenidən yazan, gündəmin oxunu öz ətrafından döndürməyi bacaran Kazımova tamaşaçılara yeni sürprizlər hazırladığını söylədi:

"Çox gözəl layihələrim gəlir. Birdə ki başlayan kimi, artıq fasilə olmayacaq. Çünki, elə planlanlarımız var ki, hətta onların bir neçəsi hazırdır. Ard-arda bir-bir onları təqdim edəcəyik".

Yeniliklərə hər zaman "Hə" deyən səhnəmizin ayı, günəşi may ayında Portuqaliyanın Lissabon şəhərində keçiriləcək "Avroviziya-2018" mahnı müsabiqəsindən söhbət açıb, Azərbaycan təmsilçimiz Aysel Məmmədovanın ünvanına təriflər yağdırıb, onu dəstəklədiyini dilə gətirdi:

"Ayselin müsabiqəyə yaxşı hazırlaşmağa kifayət qədər zamanı var. Aysel çox istedadlı qızdır. Məşq və hazırlıqlarla dağı dağ üstünə qoymaq olar. Ona görə də Ayselə "Avroviziya"da yalnız uğurlar arzu edirəm. Getsin müvəffəqiyyətlə çıxış etsin"

Sən demə Aysel səhnəmizin əsas ulduzu Aygün Kazımovanın müğənni qızı İlqarə ilə rəfiqə imiş. 

"Mənim qızım İlqarə ilə çox yaxın rəfiqədirlər. Aysel tez-tez bizə qonaq gəlir və qızımla birgə mahnılar ifa edir. Mən də onları yetərincə dinləmişəm və istedadlarına bələdəm. Bir münsif olaraq onların qiymətini artıq vermişəm".

Xalq artisti Aygün Kazımovanın BAKU.WS verdiyi səmimi müsahibəsi və özəl açıqlamalarını sizə təqdim edirik :

Rəşad Əliyev
BAKU.WS