VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən həftə müğənni Xatirə İslam efirə çıxmaq üçün proqramlardan pul tələb edəcəyini bildirmişdi. Bu açıqlama sənət aləmində fikir ayrılıqlarına, müxtəlif reaksiyalara səbəb olub.

Belə ki, aktrisa-aparıcı Oksana Rəsulova "Instagram"da canlı yayımda "Sən efir sayəsində tanınmış sima olmusan. İndi pul istəmək düzgün deyil. Çünki insanlar bizi televiziya sayəsində tanıyıb və seviblər”, - deyə bildirib.

O, müğənni Xatirə İslamın şou gündəmini zəbt edən qonorar açıqlamasına etiraz edib. Oksananın fikrincə, Xatirə televiziya vasitəsilə populyarlıq əldə edib və buna görə də, kanal rəhbərlərindən qonorar tələb edə bilməz: "Əvvəlcədən belə olsaydı, deyərdim, yaxşı! Axı buna öyrəşməmişik, hələ bizdə bu ənənə formalaşmayıb. Əgər telekanallar bunu özləri qəbul etsəydi, nə gözəl. Amma indi büdcə yoxdur”.

Qalmaqallı açıqlamaları ilə gündəmə gələn müğənni Əli Mirəliyev isə düşünür ki, müğənnilər efirə çıxmaq üçün ödəniş etməlidirlər.

Sfera.az-a danışan müğənni qeyd edib ki, bu gün gənc ifaçılar özfəaliyyət səviyyəsində oxuyurlar:

"Onlar sənətçi deyillər axı, pulu sənətkarlara verərlər. Mənə verirlər, onlara yox. Onlar gedib səslərini studiyada yazdırırlar və "biz müğənniyik” deyirlər. Baxırsan ki, bu adam nə gəldi oxuyub. Həmçinin sözləri də təhrif edirlər. Onlara kim pul verər? Gərək həmin müğənni televiziyada göründüyünə görə pul ödəsin”.

Ə.Mirəliyev sovet dönəmində efirlərə dəvət edilən sənətkarlara qonorar ödənildiyini də vurğulayıb:

"Həmin pulu əldən almırdıq, ünvanlarımıza yollayırdılar. Müğənnilərin dərəcəsi var idi və bundan asılı olaraq 12 manatdan tutmuş 22 manata qədər ödəniş edilirdi. Yenə deyirəm, gənc ifaçılar efirə çıxanda pul ödəməlidirlər. Çünki onlar özfəaliyyət səviyyəsində oxuyurlar, peşəkar deyillər”.

BAKU.WS