Nazir "Buzlaqlar-2025: Buzlaqların qorunması üçün qlobal tədbirlərin görülməsi" mövzusunda tədbirdə çıxış edib

Nazir Buzlaqlar-2025: Buzlaqların qorunması üçün qlobal tədbirlərin görülməsi mövzusunda tədbirdə çıxış edib
Фото
Sosial 43

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində təşkil olunan "Buzlaqlar-2025: buzlaqların qorunması üçün qlobal tədbirlərin görülməsi" mövzusunda yüksək səviyyəli tədbirdə iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yüksək səviyyəli tədbirdə həmçinin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərif, habelə digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Yüksək səviyyəli tədbirdə çıxış edən C.Bayramov, Tacikistan tərəfinə əksər hallarda diqqətdən kənar qalmasına baxmayaraq, ekosistemimizin əsas hissələrindən birini təşkil edən buzlaqlar mövzusuna həsr olunmuş bu əhəmiyyətli tədbirin təşkilinə görə təşəkkür edib.

Buzlaqların dünyanın bir çox bölgələrində əriməsinin daşqınlar və torpaq sürüşmələri kimi təhlükəli fəlakətlərə səbəb olduğu bildirilib.

İqlim dəyişikliyi səbəbindən sürətlə yox olan buzlaqların, o cümlədən ölkəmizdə, xüsusilə Böyük Qafqaz dağları və Qusarçay hövzəsində 7 il ərzində 18 %-dən çox azaldığı, bunun da çay ehtiyatlarının qeyri-bərabər paylanmasına və ümumi şirin su ehtiyatlarının azalmasına səbəb olduğu diqqətə çatdırılıb.

Buzlaqların əriməsi probleminin ciddi təhlükə olmasına baxmayaraq, bu istiqamətdə atılan əlaqələndirilmiş addımların məhdud olduğu, bu baxımdan növbəti il elan olunacaq "Beynəlxalq Buzlaq Qoruma İli"nin məhsuldar olacağına dair ümidvarlıq ifadə olunub.

C.Bayramov, bütün beynəlxalq tərəfdaşları gələcək nəsillər üçün ekosistemimizin balansının təmini istiqamətində müvafiq sahə üzrə əməkdaşlığı gücləndirməyə dəvət edib.

Похожие новости

Bakıda tıxac olan yollar açıqlanıb

Bakıda tıxac olan yollar açıqlanıb

Bakıda tıxac olan yollar açıqlanıb. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-haz...

6 Sosial 08:34 14 ноября 2024

Последние новости