Bakıda 21 istiqamətdə sıxlıq var

Bakıda 21 istiqamətdə sıxlıq var
Sosial 45

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

2. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

3. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

4. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində;

5. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

6. Babək prospekti, mərkəz istiqamətində;

7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

8. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

9. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

10. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;

11. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

12. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

13. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;

14. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

15. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən "Statistika" dairəsi istiqamətində;

16. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

17. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

18. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

19. Zərifə Əliyeva küçəsində;

20. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

21. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Последние новости