Şuşaya qayıdan sakinlər: "Ermənilər təkcə şəhərimizi yox, xəyallarımızı da əlimizdən almışdılar"

Şuşaya qayıdan sakinlər: Ermənilər təkcə şəhərimizi yox, xəyallarımızı da əlimizdən almışdılar
Видео
Sosial 32

1992-ci ilin bu günü ‒ 8 may tarixində Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın döyünən ürəyi olan Şuşa erməni birləşmələri tərəfindən işğal edildi.

O gündən etibarən bu tarix qəlbi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlı üçün acı xatirəyə çevrildi.

Ancaq Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhərini azad etdi.

Hazırda şəhərdə böyük quruculuq işləri həyata keçirilir. Doğma yurd-yuvalarına qayıdan Şuşa sakinləri duyğularını Baku TV ilə bölüşüblər.

"Şuşaya qayıtmaq yenidən doğulmaq kimidir. Ermənilər təkcə şəhərimizi yox, həm də gəncliyimizi, xəyallarımızı əlimizdən almışdılar. Şuşanın xəyalı ilə 28 il altı ay Bakıda yaşadıq. İndi isə burada quruculuq işləri gedir. Çalışacağıq ki, bundan sonra Şuşamızı daha da gözəlləşdirək", ‒ deyə sakinlər söyləyiblər.

Daha ətraflı videomaterialda:

Последние новости