Bakı metrosu ötən il daşımalardan 100 milyon manatdan çox gəlir əldə edib

06
май
2025
18:10
"Bakı Metropoliteni" QSC-nin ötən il üzrə sərnişin daşımalarından əldə etdiyi gəlir 100 milyon 437,6 min manat təşkil edib.
BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-cü ilin göstəricisindən 20,3 % çoxdur.
Ötən il metropoliten xidmətlərindən 229 milyon 584,2 min nəfər (4,6 % çox) istifadə edib.
Xatırladaq ki, Bakıda metropoliten 1967-ci ildən fəaliyyət göstərir. Hazırda "Bakı Metropoliteni" üç xətdən (yaşıl, qırmızı və bənövşəyi) və 27 fəaliyyət göstərən stansiyadan ibarətdir.

Похожие новости
Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış k...