“Kurtlar vadisi”: Abdülhey öldümü? - VİDEO

“Kurtlar vadisi”: Abdülhey öldümü? - VİDEO
Видео 4098
Türkiyənin “Star TV” kanalında yayımlanan “Kurtlar vadisi pusu” serialının növbəti, 81-ci bölümündən fraqmentlər filmin rəsmi saytına yerləşdirilib. Lent.az-ın məlumatına görə, kanalda iki həftədir, Avro liqa futbol qarşılaşmaları yayımlandığından serialın nümayişinə fasilə verilib. İki həftəlik fasilədən sonra martın 4-də yeni bölüm göstəriləcək. Fraqmentlərdə 80-ci bölümdə bıçaq yarası alan Polad Alemdarın ölmədiyi görünür. Ancaq onu bıçaqladığı üçün Memati tərəfindən güllələnən Adbülheyin xilas edilib-edilmədiyi məlum deyil. Belə ki, fraqmentlərdə Abdülheyin öldüyü, bundan başqa, Güllü Ərhanın başından güllə yarası aldığı da göstərilir. Yeni bölümdə Polad və adamlarının aqibətinin necə olacağı, onların İsgəndər Böuüklə Aron Fellərə qarşı hansı planlar quracağının şahidi olacağıq. Yeri gəlmişkən, filmin saytında Şərəf Zazaoğlunun serialdan ayrıldı barədə iddialara cavab verilib. Saytda bu məlumatların yalan olduğu, Zaza xarakterinin filmdən çıxarılmadığı göstərilir.[media=]

Последние новости