Azercell-in kibermaarifləndirmə təşəbbüsü davam edir

Azercell və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində keçirilən "Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı" növbəti mərhələsini uğurla tamamlayıb. Layihə bu dəfə Lənkəran, Masallı və Sumqayıt şəhərlərini əhatə edib. Təlimlər nəticəsində ümumilikdə 150-dən çox məktəbli kiberməkanda qarşılaşa biləcəkləri risklər, təhlükəli halların qarşısının alınması yolları və təhlükəsiz rəqəmsal davranış qaydaları barədə biliklər əldə edib.
Sessiyalar beynəlxalq standartlara əsaslanan proqram çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ekspertləri tərəfindən keçirilib. Təlimlər zamanı şagirdlərə şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə təhlükəsizlik qaydaları, onlayn fırıldaqçılıq və kiberbullinq halları ilə mübarizə yolları haqqında praktiki biliklər təqdim olunub. Real nümunələr əsasında keçirilən interaktiv məşğələlər isə iştirakçıların kibermühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşmasına töhfə verib.
Təlimlər haqqında ətraflı məlumat almaq üçün:
Qeyd edək ki, layihənin ilkin mərhələsində Xızı, Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edən təlimlərdə 226 şagird iştirak etmişdi. Beləliklə, "Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı" ümumilikdə 7 regionda 350-ə yaxın məktəblinin kibertəhlükəsizlik sahəsində maariflənməsinə xidmət edib.
Qalereya
Oxşar xəbərlər
Bakcell bu həftə 1 avtomobil, 7 "iPhone 17" hədiyyə edəcək!
İnnovasiya lideri Bakcell-in meqa lotereyasında həyəcan getdikcə artır! Bu həftə 3-cü "Zeekr 001" sahib olmaq fürsətini qaçırma! "Şans" paketini aktiv et və qal...
