SİZİN REKLAM BURADA!
055 213 76 73


Gündən-günə böyüyən Soliton Mağazalar Şəbəkəsi yeni mağazasını açaraq daha bir uğura imzasını atdı. Yeni Soliton Flaqman mağazası artıq müştərilərinin xidmətinə verildi.

2000 kvadrat metrlik geniş bir elektronika və məişət texnikası məkanımızda özünüzü evinizdə kimi hiss edəcəksiniz. 40-dan çox dünya markasının məhsullarının sərgiləndiyi bu mağazamızda böyük və kiçik elektronika məhsullarının, məişət texnikalarının, noutbukların, smartfonların, mətbəx mebellərinin, qab-qacaqların, xüsusi baxım və s. məhsulların nağd və hissə-hissə ödənişlə satışı həyata keçirilir. Son texnologiyalar ilə təchiz olunmuş Beko, Grundig, Blomberg, Samsung, LG, Mitsubishi, Riffel, Canon, Sony, Apple, Lacor, Kenwood, Braun, Delonghi, Tefal və s. dünya markalarının məhsulları yeni mağazamızda geniş çeşiddə təqdim olunur.

İki mərtəbədən ibarət bu məkanda son texnologiyalar ilə təchiz olunmuş məhsulların texniki xüsusiyyətləri ilə yaxından tanış ola və sınaqdan keçirə biləcəksiniz.

Sizləri təkcə alış-veriş üçün deyil, həm də yeni dadları kəşf etməyə dəvət edirik. Qoxusu ilə dəvət edən Delonghi kafemizə qonaq ola bilərsiniz.

Əyləncəsindən həzz alacağınız Playstation zonasında sevilən oyunları və virtual aləmi təcrübədən keçirin.

Öz mətbəxinizdəki kimi hiss edəcəyiniz Beko mətbəximizə mütləq baş çəkin. Mətbəx avadanlıqlarının istifadə qaydaları ilə yaxından tanış olun və onları özünüz test edin. Zövq alacağınız canlı və funksional mətbəximizlə yeni təcrübələr yaşayacaqsınız.

Peşəkar satış komandamız isə sizə hər zaman köməyə hazırdır. Bütün məhsulları nağd və hissə-hissə ödənişlə, yerində daxili sənədləşdirmə yolu ilə əldə edə bilərsiniz.

Təkcə alış-veriş üçün deyil, təcrübə də yaşayacağınız yeni Soliton Flaqman mağazamız artıq Sizə xidmət göstərməyə hazırdır.

Ünvan: Bakı şəhəri, Azadlıq pr. 145B
Tel: 012 525 14 96
Mob: 055 525 35 61
      055 525 35 62

BAKU.WS
VİDEO