SİZİN REKLAM BURADA!
055 213 76 73


Ən innovativ və yenilikçi elektronika brendlərini ölkəmizə gətirən “Baku Electronics” öz əhatə dairəsini genişləndirməyə davam edir. 

Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 256 ünvanındakı yeni mağazasını təqdim edən “Baku Electronics” sadəcə Mərdəkan qəsəbəsində deyil, ətraf ərazilərdə yaşayan sakinlərin də elektronika və məişət cihazlarına olan tələbatını ödəməyi hədəfləyib.

500-dən çox məhsul çeşidini təqdim edən mağaza alıcılara ödəmə üsulları və kampaniyaları ilə arzuladıqları məhsulları əlçatan edir. Mağazanın təqdim etdiyi məhsulların bir çoxu məhz “Baku Electronics”in distribüteri olduğu dünyaca məşhur markalardır. Məhsullar öz orijinallığı və zəmanəti ilə alıcılara uzun müddətli istifadə imkanı yaradır.

Hazırda 60-dan çox xarici brendin rəsmi distribüteri olan “Baku Electronics” 7-sı Bakı şəhərində digərləri isə Sumqayıt, Şəmkir, Quba, İsmayıllı, Gəncə, Mingəçevir, Lənkəran, Şəki, Xaçmaz və Mərdəkanda olmaqla ümumilikdə 18 mağazası ilə fəaliyyət göstərir.

“Baku Electronics” öz əhatə dairəsini genişləndirməyi yeni mağazalarının açılışı ilə davam etdirir.
BAKU.WS
QALEREYA