SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın ən böyük avtomobil idxalçılarından biri olan Efendiler Group 22 oktyabr 2023-cü ildə  ZEEKR avtomobil brendi ilə distribütorluq müqaviləsi imzalamışdı. Artıq bugündən etibarən də ZEEKR Bakı Mərkəzi rəsmi olaraq fəaliyyətinə başladı.

Sərgi salonunda 49900 $-dan başlayan qiymətlər ilə 001, 36 500 $-dan başlayaraq X və 77500 $ qiymətinə isə 009 modelləri təqdim olunub. Yüksək peşəkarlığı ilə seçilən satış nümayəndələri müştərilərə avtomobillərə dair tam məlumat verməyə, test-sürüşü təşkil etməyə və optimal təchizatlı avtomobil seçimində yardımçı olmağa hər zaman hazırdırlar.

Servis bölməsi tələb olunan bütün texniki xidmət və təmir işlərini həyata keçirməyə imkan verən müasir avadanlıqlarla təchiz olunub. Həmçinin burada orijinal ehtiyat hissələri üçün də geniş anbar mövcuddur. Əlavə olaraq qeyd etmək istərdik ki, ZEEKR Bakı Mərkəzində satışda təqdim olunan hər bir modelə 8 il və ya 200 000 km zəmanət də öz növbəsində təqdim olunur.

Ətraflı məlumat əldə etmək üçün (050) 558 00 01 nömrəsi ilə əlaqə saxlamaq və ya Bakı şəhəri, Aşıq Molla Cümə küçəsi 36 ünvanında yerləşən ZEEKR Bakı Mərkəzinə yaxınlaşmağınız kifayət edəcək.

BAKU.WS
QALEREYA