SİZİN REKLAM BURADA!
055 213 76 73


Noyabrın 1-də avtomobil satışı və texniki xidməti sahəsində 20 illik təcrübəyə malik peşəkarlar tərəfindən təsis edilən “ONVOLT” MMC, Bakıda Çinin premium elektromobil brendləri arasında dinamik inkişafı ilə seçilən “SKYWELL” brendinin yeni “SKYWELL ET5” modelini təqdim edib.

İlk və eksklüziv rəsmi elektromobil idxalçısı olan ONVOLT şirkəti eyni zamanda ilk dəfə olaraq yalnız elektrik avtomobili satışı həyata keçirən satış-sərgi salonunu da Azərbaycanda müştərilərin istifadəsinə verdi.

Tədbirdə SKYWELL brendinin regional satış direktoru xanım Çen Quanrong, Çinin Nanjing İqtisadi Zonasının nümayəndəsi cənab Çen Kay və Çin Xalq Respublikasının Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfirinin müşaviri cənab Ma Çi iştirak edirdilər.

Həmçinin təqdimat mərasimində aparıcılar Cavid Gül, Afaq Gəncəli, Nərgiz Məmmədova, aktyor-aparıcı Şəhriyar Əbilov, aktrisa Ülviyyə Xəlilbəyli və həyat yoldaşı Murad İsmayıl, müğənnilər İlqar Muradov, Yaşar Yusub qonaq qismində istirak ediblər.

Təqdim edilən avtomobil və satış-sərgi salonu qonaqlar və media nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb. Açılış mərasimindən əvvəl şirkətin direktor müavini Nəzmi İsmayılov media nümayəndələrinə və qonaqlara satış salonunun özəllikləri və SKYWELL ET5 avtomobili haqqında əhatəli məlumat verib.

Daha sonra jurnalistlərin suallarını cavablandıran şirkət rəsmiləri qeyd ediblər ki, Azərbaycanda SKYWELL avtomobillərinə  texniki xidmət “Motor House” texniki xidmət mərkəzində həyata keçirilir. “Motor House” TXM öz texniki imkanları və müasir texnoloji təchizatına, eyni zamanda sahəsinə görə Azərbaycanın ən böyük texniki xidmət mərkəzidir. Burada  elektrik avtomobillərinə texniki xidmət göstərmək üçün xüsusi təlim keçmiş peşəkar ustalar və müasir avadanlıqlarla təchiz olunmuş xüsusi xidmət sahəsi mövcuddur.

“ONVOLT” şirkəti tərəfindən SKYWELL avtomobillərinə hər növ texniki xidmət göstərilməsi üçün böyük ehtiyat hissələri anbarı təşkil edilmişdir. Bütün bunlar SKYWELL avtomobillərinin sahiblərinə yüksək səviyyəli xidmət göstərilməsinə zəmanət verir.     

Təqdim edilən SKYWELL ET5 avtomobili, müasir lüks avtomobillərə məxsus bütün konfiqurasiyalar ilə tam təchiz olunmuşdur. Azərbaycana “ONVOLT” MMC tərəfindən gətirilən SKYWELL ET5 avtomobilləri Avropa ölkələrinə ixrac üçün nəzərdə tutulmuş variantdadır və Avropa standartlarına tam cavab verir. Ölçüləri 4,698×1,908×1,696 mm olan, SUV seqmentinə aid  SKYWELL ET5 avtomobili 204 at gücünə malikdir. Bu avtomobil tam dolu batareya ilə 520 km məsafəni qət edir. Avtomobilin batareyası 30 dəqiqə ərzində 70% enerji toplaya bilir. Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) tərəfindən, may ayında Bakı-Mingəçevir marşrutu üzrə təşkil edilmiş “yaşıl ölkə” eko-avto yürüşü zamanı, SKYWELL ET5 öz texniki göstəricilərini tam təsdiq etmişdir.

Təsadüfi deyil ki, SKYWELL ET5 avtomobili 2022-ci ildə Türkiyədə “ilin elektrik avtomobili” nominasiyasının qalibi seçilmişdir.

Türkiyədə, İsraildə, Avropada və Amerikada satışa çıxarıldığı ilk gündən SKYWELL ET5  avtomobili alıcıların xüsusi rəğbətini qazanmışdır.

SKYWELL ET5 Avtomobillərinə 5 il və ya 150.000 km, batareyasına isə 8 il zəmanət verilir.

Avtomobil müştərilərə beş ilədək müddətə, sərfəli kredit şərtləri ilə təklif olunur.

SKYWELL ET5 avtomobillərinin satış və sərgi salonu ilə tanış olmaq istəyənlər Ceyhun Hacıbəyli 194 ünvanında yerləşən satış-sərgi salonuna yaxınlaşa bilərlər.

Əlavə məlumat almaq və test yürüşünə yazılmaq üçün (+994 12) 440 00 07 və (+994 99) 440 00 07 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiz.

BAKU.WS
VİDEO

QALEREYA