SİZİN REKLAM BURADA!
055 213 76 73


29 iyun 2023 tarixindən etibarən ən çox gözlənilən festivallardan biri olan Dubay Yay Sürprizləri ticarət festivalı (Dubai Summer Surprises) Dubaya qayıdır.

Bu sizə qarderobunuzu yeniləmək və həmişə arzuladığınız bir şeyi almaq üçün mükəmməl bir fürsətdir. Dubay Yay Sürprizləri ticarət festivalı ərəfəsində, yəni Iyunun 29-dan sentyabrın 3-dək şəhərin bütün mağazaları son kolleksiyaların qiymətlərində endirim edəcək.

Lakin, Dubai Summer Surprises yalnız ticarət deyil, eyni zamanda bütün ailə və dostlar ilə birlikdə əla vaxt keçirmək üçün qaçirilmaz bir fürsətdir. Festival ziyartçilərinə zəngin tədbirlər təqvimi–hədiyyələr, konsertlər, müxtəlif tamaşalar və daha çox şey təklif edir. Bundan əlavə, bütün yay əmirlikdə Kids Go Free təklifi də fəaliyyət göstərir. Kids Go Free təklifi 12 yaşdan kiçik uşaqlara Dubayın nüfuzlu otellərində pulsuz yaşamaq, eyni zamanda muzeyləri, əyləncə parklarını, əfsanəvi Bürc Xəlifə qülləsi də daxil olmaqla şəhərin müxtəlif görməli yerlərini pulsuz ziyarət etmək imkanı verir. Həmçinin, Festival zamanı otellərdə sərfəli qiymətlər və endirimlər təklif edən erkən rezervasiya kampaniyası mövcuddur ki, bu da şəhər qonaqlarının tətilə qənaət etməsinə kömək edir.

26-cı Dubay Yay Sürprizləri (Dubai Summer Surprises) ticarət festivalının açılışı ayın axırınçı həftəsonu, müsəlmanların əsas dini bayramlarından biri olan Qurban bayramının qeyd olunduğu vaxta düşür.

Dubay Yay Sürprizləri (Dubai Summer Surprises) ticarət festivalı RAKBANK MasterCard-ın, eləcə də - Al Futtaim şirkətləri (Dubai Festival City Mall və Festival Plaza), Al Seef, Al Zarooni (Mercato Ticarət Mərkəzi), AW Rostamani, Bluewaters, Citywalk, Emirates, Enoc, Etisalat, Majid Al Futtaim (Mall of Emirates, City Center Mirdif, City) Center Deira), Nakheel (İbn Battuta Mall, Nakheel Mall, Dragon Mart 2, Palm West Beach və The View), The Beach və The Outlet Village ticarət mərkəzləri iştirakçı tərəfdaşların dəstəyi ilə keçiriləcək.

Əlavə məlumat üçün www.DubaiSummerSurprises.com və @CelebrateDubai və @StyledByDubai sosial media hesablarına daxil olun.

2023-cü ilin sonuna qədər olan hadisələrin tam təqvimi rəsmi Dubay Calendar platformasında dərc olunub.

Dubay İqtisadiyyat və Turizm Departamenti haqqında

Dubay İqtisadiyyat və Turizm Departamenti, dünyanın aparıcı ticarət və İnvestisiya Mərkəzi və turizm məkanı kimi Dubayın mövqeyini dəstəkləmək üçün əmirliyin qlobal dünya iqtisadiyyatı və turizm sahələrində rəqabət qabiliyyətinin artırılmasında hökumətə dəstək verməyi qarşisina məqsəd qoymuşdur.

Dubay İqtisadiyyat və Turizm Departamenti, Dubayın çoxşaxəli, yenilikçi iqtisadiyyatının inkişaf etməsini və məhsuldarlığın artımını daha da sürətləndirmək məqsədilə dünyanın ən yaxşı mütəxəssislərini cəlb etməyə səy göstərir. Bundan əlavə, Dubay İqtisadiyyat və Turizm Departamenti Dubayın yaşayış və biznes üçün dünyanın ən əlverişli şəhəri kimi görünmə qabiliyyətini dəstəkləyir, onun həyat üçün üstün keyfiyyətini təbliğ edir.
Dubayın İqtisadiyyat və Turizm Departamenti, Dubayın İş və Turizm sektorlarının planlaşdırılması, nəzarəti, inkişafı və marketinqi üçün sorumlu qurumdur.

Dubayın İqtisadiyyat və Turizm Departamenti eyni zamanda otellər, tur operatorları və səyahət agentləri də daxil olmaqla, hər cür biznesin lisenziyalaşdırılması və təsnif edilməsinə cavabdehdir.

Dubayin İqtisadiyyat və Turizm Departamenti portfelinə aşağıdakılar daxildir: Dubay Turizm və ticarət marketinq korporasiyası, Dubay festivalları və pərakəndə satış, Dubay sənayesi və ixracatı, Dubay investisiya İnkişaf Agentliyi (Dubai FDI) və Dubay KOM-ları, həmçinin Dubay Turizm Kolleci, Dubay təqvimi və Dubay işgüzar tədbirləri.

BAKU.WS