"ByCafeCity" rəhbərliyi aşpazlarını meydana çağırdı: "Bu meydan, bu qazan!" - FOTO/VİDEO

ByCafeCity rəhbərliyi aşpazlarını meydana çağırdı: Bu meydan, bu qazan! - FOTO/VİDEO
Foto Video
Promo 314

Qazanlar qaynamağa başladı və "CityPark" #ByCafeCity restoranının mətbəxində @gilabi.ceramics –ın dəstəyi ilə "ən yaxşı baş aşpaz" adı uğrunda əsl mübarizə getdi. Baş aşpazlarının yaradıcılıq qabiliyyətini yoxlamaq istəyən rəhbərlik artıq ənənəyə çevrilmiş "Ağpapaqlıların mübarizəsi 2023" adlı sayca 2-ci müsabiqəni keçirdi.

İştirakçılara yaradıcılıq sahəsində bütün imkanlarını səfərbər edərək öz müəllif yeməklərini - salat, qəlyanaltı, isti yemək hazırlamaq tapşırığının verildiyi müsabiqədə əsas məqsəd aşpazların "CafeCity"nin menyusundan kənara çıxmamaq şərtilə kulinariya sahəsindəki istedadlarını üzə çıxarmaq idi.

Müsabiqəyə "CafeCity", "CafeCity Bistro", "La Quzu", "City Park", "City Pub" və #ByCafeCity-nin mərkəzləşdirilmiş istehsalatından 10 təmsilçi qatılmışdı. İştirakçıların hər biri püşkatma yolu ilə özlərinə nömrə seçmişdilər. Daha sonra bu nömrələr əsasında onların bişirdikləri yeməklər qiymətləndiriləcəkdi.

Münsiflər heyətinin heç bir üzvü hansı aşpazın yeməyini qiymətləndirdiyini bilmirdi.

Münsiflər heyətinin tərkibinə #ByCafeCity rəhbərliyinin üzvləri daxil idi:

Emil Əliyev - #ByCafeCity-nin baş direktoru,

Əkbər Nəcəfov - #ByCafeCity-nin baş direktorunun müavini,

Elçin Kərimov - #ByCafeCity-nin keyfiyyət üzrə meneceri,

Xüsusi qonaq - food-bloger Ülkər Daşdəmirova @kitchenformysoul Dəvətimizi qəbul edib münsiflər heyətinin tərkibinə qatıldığına görə Ülkər xanıma təşəkkürümüzü bildiririk.

Baş aşpazların hamısı müsabiqəyə böyük məsuliyyətlə yanaşırdılar. Bəziləri bu kimi tədbirlərdə dəfələrlə iştirak etsələr də, həyəcan öz sözünü deyirdi. Lakin onlar həyəcanlarına qalib gələrək öz peşəkarlıqlarını, kreativliklərini, fantaziyalarını və ustalıqlarını lazımınca nümayiş etdirməyi bacardılar.

Qiymətləndirmə meyarları aşağıdakı kimi idi: yeməyin görünüşünün, dad keyfiyyətlərinin, “CafeCity”nin konsepsiyasına uyğunluğunun qiymətləndirilməsi.

Ekspertlərin ədalətli qiymətləndirməsindən sonra yekun nəticəyə əsasən qaliblər müəyyən edildi:

1-ci yerin qalibi "CafeCity Fountain"in baş aşpazı Samir Məmmədov oldu.

Onun unikal inqrediyentlərdən ibarət xüsusi sousla təqdim etdiyi toyuq ləvəngisinin dadından doymaq olmurdu.

2-ci yerin qalibi "CafeCity 28 Mall"un baş aşpazı Səbinə Məmmədova oldu.

O isə tərəvəz çələngi ilə bəzədiyi kök püresi ilə yadda qaldı.

3-cü yerə #ByCafeCity-nin Asiya mətbəxi üzrə baş aşpazı Elvin Babayev layiq görüldü.

O, təzə tərəvəz çələngi ilə təqdim etdiyi qaymaqlı-karri souslu toyuq budları ilə bütün yaradıcılıq imkanlarını ortaya qoydu.

Qaliblərə müxtəlif qiymətli hədiyyələr, eləcə də “Gilabi Ceramics” brendinin əl işləri təqdim olundu. Hədiyyələrə və dəstəyə görə adıçəkilən şirkətə dərin minnətdarlığımızı bildiririk.

Müxtəlif nominasiyalar - “ən kreativ təqdimat”, “əsl kişi yeməyi”, “qiymət və keyfiyyətin uyğunluğu”, “ən “fotogenik” yemək” və s. üzrə qaliblər də hədiyyəsiz qalmadı.

Nəzərinizə çatdırmaq istərdik ki, finalda qalib gəlmiş yeməklər "CafeCity"nin yeni menyusuna daxil ediləcək.

Tez-tez menyumuzu vərəqləyin, gözünüz bizdə olsun!

Son xəbərlər