SİZİN REKLAM BURADA!
055 213 76 73


“Unibank”ın mobil əlavəsi olan UBank maliyyə və biznes sahəsində ilin ən yaxşı mobil tətbiqi seçilib.

UBank səsvermənin və münsiflərin dəyərləndirməsində yüksək göstərici əldə edərək ən yaxşı mobil əlavə kimi NETTY2020/2021 Milli İnternet Mükafatını alıb. UBank artıq ikinci dəfədir ki, bu yüksək mükafata layiq görülür.

UBank hazırda ölkə bank müştərilərinin ən çox istifadə etdiyi bank mobil əlavələri içərisində ilk yerlərdədir. Hazırda 1,2 milyondan artıq istifadəçisi olan mobil tətbiq ölkədəki digital transformasiya və innovasiya trendinin liderlərdən biridir. UBank-ın aktiv istifadəçiləri əməliyyatların 90%-ni bank filiallarına gəlmədən həyata keçirirlər. UBank təkcə Unibank müştərilərinin deyil, həm də bankın müştərisi olmayan şəxslər üçün də çox rahat və əlverişli platformadır. Hazırda 300 000-dən çox şəxs Unibank müştərisi olmadan belə UBank-dan aktiv istifadə edir.

Qoşulması çox asan olan UBank mobil bankçılıq vətəndaşlarımızı məsafədən təhlükəsiz, sürətli və rahat bank xidmətləri ilə təmin edir.

UBank İOS və Android platformalarında işləyir. “Unibank”ın mobil bank xidmətini öz smartfonunuza və planşetinizə asanlıqla yükləyə bilərsiniz.

Tətbiq haqda daha geniş məlumatı bu linkdən (https://unibank.az/az/umobile/index) öyrənə bilərsiniz.

Unibank - Sənin Bankın!

BAKU.WS