SİZİN REKLAM BURADA!
055 213 76 73


Artıq 10 ildir ki, Reanult brendini Azərbaycanda uğurla təmsil edən “Nurgün Motors” Tam Yeni Renault Duster avtomobilinin təqdimatını həyata keçirib.

Tam Yeni Renault Duster avtomobili bu modelin 2-ci nəslidir. Birinci nəsil Duster modeli 2010-cu ildən indiyə qədər müxtəlif illərdə xırda dəyişikliklərlə istehsal olunub, hazırda isə model tam yenilənmişdir. Ümumilikdə Renault Duster modeli kompakt krossover seqmentinin bestselleri olmuşdur.

Tam Yeni Renault Duster əfsanəvi yolsuzluq qabiliyyətini və etibarlılığı yeni bir komfort səviyyəsi ilə birləşdirir. Yeni Duster ilk dəfə olaraq ən maksimal komplektasiya da daxil olmaqla ümumilikdə müştərilərə 4 növ komplektasiya təqdim edir.

Avtomobilin keçicilik qabiliyyəti o qədər yüksəkdir ki, Duster Əfsanəvi yolsuzluq avtomobili adını qazanıb. İndi bu əfsanəvi yolsuzluq avtomobili tam yeni dizaynda təqdim edilir. Ən vacibi isə odur ki, MDB ölkələrinin yollarına tam adaptasiya edilib.
Yeni Duster öz sahibinə sükan arxasında əminlik hissi və yeni emosiyalar vəd edir.

Tam Yeni Renault Duster modeli müasir və dinamik dizayn, yeni arxa və qabaq diod işıqlandırma sistemi, damda olan yeni reylinqlər, yüksək klirens, yan ətrafların yeni dizaynı, 17 düymlük yeni dizaynlı disklər, 360 dərəcə ətrafı görmə funksiyası, 4x4 sisteminin idarə olunması və izlənməsi, işıq sensoru və yağış sensoru ilə çox ciddi yeniliklərə sahibdir.

Eksteryer dizayna nəzər yetirsək, ilk öncə ön radiator barmaqlığı diqqəti cəlb edir. Bundan başqa yenilənmiş diod fənərlər avtomobilə müasir görünüş verir. Yan tərəfdən baxdığımız zaman genişləndirilmiş və böyüdülmüş təkər arkaları avtomobilə əsl yolsuzluq avtomobili dizaynını xatırladır.

Avtomobil 6 müxtəlif rəngdə təqdim edilir: ağ, qara, gümüşü, boz, qəhvəyi, narıncı. Avtomobilin interyerində də bir çox yeniliklər nəzər çarpır. Belə ki, tam yeni alətlər paneli, tam yeni klimat konrol paneli, 8 düymlü multimedia monitoru, hündürlüyə və dərinliyə görə tənzimlənən yeni sükan çarxı, qızdırılan ön və arxa tam yeni oturacaqlar və mühərrikin uzaqdan işə salınması avtomobilin ən əsas yeni özəlliklərindəndir.

Qeyd edək ki, Renault brendinin Azərbaycanda rəsmi distribütoru Nurgün Motors şirkətidir. Tam Yeni Renault Duster avtomobilini sınaqdan keçirmək üçün alıcılar salona yaxınlaşaraq sınaq yürüşü edə, avtomobillə daha yaxından tanış ola bilərlər.

Ünvan: Bakı şəhəri, A.Salamzadə 2

Əlaqə: 012 934, (077) 477 0 934, (077) 434 0 934

BAKU.WS
QALEREYA