İzmir zəlzələsinin acı nəticəsi - Bir gündə doğulub, bir gündə də öldülər - FOTO
İzmirdə 6.6 bal gücündə olan zəlzələdə ölənlərin sayı günbəgün artır.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəhşətli zəlzələdə dağıntılar arasından əkiz Sayra və Çinar adlı bacı-qardaşın cəsədi çıxarılıb.
Onlar eyni gündə doğulduğu kimi, eyni gündə də həyatlarını itiriblər.
Qeyd edək ki, mərhum əkizlər aktrisa İclal Aydının əmisi uşağı Tülin Alpgündüzün övladları imiş. Aktrisa hadisə ilə bağlı kövrək paylaşım edib:
"Mən nə danışacağımı və nə yazacağımı bilmirəm. Onların anası Tulin uşaqlığımda oyun oynadığımız və yay tətilində qoynunda yatdığım əmiuşağımdır.
Şənbə günü günortadan sonra qardaşım uşaqların səsini eşitdiklərini, sağ olduqlarını bildirdi. Dünya bizim oldu. Saatlar keçir. Bütün ailə bir-birindən xəbər soruşur. O zaman... Sonrasını bilirsiniz. Sükutla qəbu etdik.
Zəlzələnin ilk dəqiqəsindən bəri kiminlə danışdığım bulanıq bir yuxu kimidir. Çox ümidli idik. Ailəm, dostlarımız, qonşularımız, heç tanış olmadığımız insanlar, bütün ölkə ilə birlikdə dua etdik.
Birlikdə ağladıq. Birlikdə ümid etdik. Körpələrimizin cənnətdə olduğunu bilirəm. İzmir zəlzələsində uşaqlarımızla birlikdə həyatını itirənlərə rəhmət, qalanlara səbir diləyirəm".
Əkiz bacı-qardaş Sayra və Çinarın görüntülərini təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Azərbaycan xalqına müraciət edib - VİDEO - YENİLƏNİB
Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin müraciəti- Əziz...