Yataq xəstəsi olan Mehmet Ali Erbil qızlarla GÖRÜNTÜLƏNDİ - FOTO

Yataq xəstəsi olan Mehmet Ali Erbil qızlarla GÖRÜNTÜLƏNDİ - FOTO
Siyasət 625

Uzun müddətdir yataq xəstəsi olan məşhur şoumen Mehmet Ali Erbil artıq sağalıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, ötən gün məkanlardan birindən çıxarkən görüntülənib. Yenidən sosial həyəta atılan Erbilin yanında gənc xanımlar da olub.

Jurrnalistlərə açıqlama verən şoumen, "Artıq özümü yaxşı hiss edirəm. Sevənlərimin dualarıyla ayaq üstəyəm. Bir yaxın dostumun ad günü məclisinə gəlmişdim. İndi evə gedirəm", - sözlərini söyləyib.

Daha sonra isə o, xanımlarla birlikdə avtomobilinə minərək əyləncə mərkəzindən uzaqlaşıb.

Məlumat üçün bildirək ki, Mehmet Ali Erbil 4 il əvvəl hamamda yıxılaraq qabırğaları sındırıb. Şoumenin həmin qabırğaları ağ ciyərlərinə batıb. Bundan sonra uzun müddət yataq xəstəsi olub.

Son xəbərlər