Xorvatiyada qəzaya uğrayan PUA ilə bağlı daha bir ŞOK fakt ortaya çıxdı
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində qəzaya uğrayan sovet istehsalı olan PUA-da 120 kiloqramlıq aviabomba olub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Xorvatiyanın milli televiziyası “HRT” ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
PUA cümə günü gecə Xorvatiya paytaxtının rayonlarından birində yaşıllıq əraziyə düşüb, partlayış səsi eşidilib və dərin çuxur yaranıb.
Polis yaxınlıqda iki paraşüt tapıb. Ehtimallara görə, bu, Ukraynadan gələn Sovet istehsalı Tu-141 “Strij” PUA-sıdır. Dronun qalıqları çuxurdan çıxarılıb. Qeydlərin olduğu “qara qutu”da aşkarlanıb.
Qeyd olunub ki, PUA çuxura düşdüyündən partlayış yerin altında baş verib. Əgər aviabomba beton və ya asfaltın üzərinə düşsəydi, nəticələri fəlakətli olardı.
Xorvatiyanın müdafiə naziri Mario Banoziç hadisənin NATO tərəfdaşları ilə birlikdə araşdırıldığını deyib.
Oxşar xəbərlər
Mariupola 100-ə yaxın aviabomba atıldı, 2 mindən çox dinc sakin öldü
Rusiya ordusu artıq Ukraynanın Mariupol şəhərinə 100-ə yaxın aviabomba atıb, nəticədə 2 187 yeli sakin həyatını itirib. BAKU.WS “Report”a istinadən xəbər verir...