XİN rəhbəri İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirak edib-etməyəcəyindən danışıb
Xarici işlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirak edib-etməyəcəyindən danışıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə deyib ki, Avropa Siyasi Birliyinin tədbirlərində müxtəlif səviyyəli təmsilçilik nəzərdə tutulmur.
"Məndə olan məlumata görə, may ayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində Azərbaycan Prezidentinin iştirakı nəzərdə tutulmur. Burada təmsilçilik yalnız dövlət başçıları səviyyəsində olur, yəni bu format belə təsis edilib. Məndə olan məlumata əsasən, Prezident İlham Əliyevin may ayında Ermənistana səfəri nəzərdə tutulmayıb", - XİN başçısı qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
Bu gün Azərbaycan milli mətbuatının yaranması günüdür. 151 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Hə...