Xanlar Vəliyev kollektivə təqdim edildi
Bu gün Konstitusiya Məhkəməsində hakim Rafael Qvaladzenin səlahiyyət müddətinin başa çatması və məhkəmənin yeni təyin edilmiş hakimi Xanlar Vəliyevin kollektivə təqdim olunması ilə bağlı tədbir keçirilib.
Bu barədə Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Prezident İlham Əliyevin Sərəncamı ilə təltif edilən Rafael Qvaladzeyə məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenini təqdim edib.
Daha sonra sədr yeni təyin olunmuş hakim Xanlar Vəliyevi kollektivə təqdim edib.
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak etməsi ilə bağlı videoçarx paylaş...