Vuçiçin adından verilən şam yeməyində hərbi orkestr Azərbaycan mahnısı "Ay Laçın"ı ifa edib
15
fev
2026
21:03
Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı Prezident Aleksandar Vuçiçin adından verilən şam yeməyində Serbiyanın hərbi orkestri Azərbaycan mahnısı "Ay Laçın"ı ifa edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında yazıb.
"Bu, Azərbaycan-Serbiya münasibətlərinin ruhunu əks etdirən hörmət və dostluğun mənalı bir jestidir", - H.Hacıyev qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan və Ukrayna arasında intensiv siyasi dialoq müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Prezidenti Volodimir Zelenski Ofisinin rəhbəri Kirill Budanov ilə görüşüb. BAKU.WS Azərbaycan XİN-ə ist...