Volodimir Zelenski İlham Əliyevlə Azərbaycan qazının nəqli imkanlarını müzakirə edib
Davosda Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan qazının nəqli üçün Ukrayna infrastrukturundan istifadə məsələsini müzakirə edib.
Bu barədə Ukrayna lideri Kiyevdə Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında bildirib.
"Qaz məsələsinə gəlincə, biz İlham Əliyevlə İsveçrədə danışdıq, onun ölkəsinin böyük qaz hasilatı var, qaz ixracı üçün böyük imkanları var. Avropanın qaza ehtiyacı olsa, infrastrukturumuzdan istifadə edə bilərdik. Amma Rusiya qazı yox", - Zelenski deyib.
Onun sözlərinə görə, Ukrayna Azərbaycandan qaz tranzitinə tezliklə başlaya bilər.
Oxşar xəbərlər
TÜRKPA: ABŞ Konqresinin düzəlişi Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsir göstərə bilər
Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Azərbaycana qarşı bir sıra iddiaları özündə əks etdirən...