Ukrayna və Moldova liderləri Kiyevdə Azərbaycan qazına ehtiyacdan danışıblar
Azərbaycan kifayət qədər böyük qaz həcminə malikdir. Hansı ki, bu, Ukraynaya, Moldovaya, Slovakiya və digər ölkələrə də bəs edər.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 25-də Kiyevdə Moldova Prezidenti Maya Sandu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Bu yaxınlarda bu barədə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə də danışdıq. Ölkənin Ukrayna da daxil olmaqla, digər ölkələrə ixrac oluna biləcək böyük qaz həcmləri var. Oradan tədarük marşrutları da mövcuddur. Siyasi iradə də var. Şərqi Avropa ölkələri buna hazırdır", - deyə o vurğulayıb.
Oxşar xəbərlər
Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Pakistanın diaspor və insan resurslarının inkişafı üzrə naziri Çauduriy Salik Hussainqa və Nigeriyanın D...