Türkiyə Qarabağda məktəb açmağı planlaşdırır
07
okt
2024
12:07
Türkiyə Maarif Vəqfi yaxın gələcəkdə Qarabağda da məktəb açmağı nəzərdə tutur.
BAKU.WS xəbər verir ki, bu barədə Vəqfin İdarə Heyətinin sədri Birol Akgün Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunun açılış mərasimində məlumat verib.
O bildirib ki, həmçinin Gəncə və Naxçıvanda da məktəblərin açılması nəzərdə tutulur.
B. Akgün qeyd edib ki, təhsil sahəsində Türkiyə və Azərbaycan arasında əməkdaşlıq sürətlə və uğurla davam edir.
Oxşar xəbərlər
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəy...