Trampın qərarı Konqolu ailəni Keniyada qeyri-müəyyənlikdə qoydu

Trampın qərarı Konqolu ailəni Keniyada qeyri-müəyyənlikdə qoydu
Siyasət 40

Konqo Demokratik Respublikasından (KDR) qaçmış bir mühacir ailə, ABŞ-yə yerləşdirilməyə bir neçə saat qalmış ikən, Donald Trampın qərarı ilə planları alt-üst olub.

BAKU.WS xəbər verir ki, ABŞ-nin mühacir qəbul proqramının dayandırılması səbəbilə uçuşları ləğv edilən ailə, Keniyada bir otoparkda gecələmək məcburiyyətində qalıb.

Ailə başçısı "Pacito" BBC-yə bildirib ki, artıq evlərini tərk edib, əşyalarını sataraq ABŞ-dəki yeni həyatlarına hazırlaşmışdılar. Onlar, təhlükəsizlik yoxlamalarından keçmiş təxminən 120 min nəfərlik mühacir qrupunun bir parçası idilər. Ancaq indi hamı qeyri-müəyyənlik içindədir.

Tramp administrasiyası, yalnız Afrikandər kimi tanınan ağdərili Cənubi afrikalılara xüsusi mühacir hüququ tanıyan fərman imzalayıb. Bu qrupun cəmi üç ayda qəbul prosesi tamamlandığı halda, minlərlə başqa mühacir illərlə gözləyir. Bu vəziyyət həm Pacito ailəsi, həm də Fələstindən olan Hammad ailəsi kimi bir çox insan tərəfindən "ədalətsiz" hesab olunur.

Ekspertlər Trampın ikinci dönəm siyasətini qapalı və mühacir əleyhinə kimi qiymətləndirirlər. Bəzi xarici yardım proqramları, o cümlədən Cənubi Afrikada HIV/AIDS-lə mübarizə layihələri də dayandırılıb.

Pacito ailəsi hazırda Keniyanın paytaxtı Nayrobidə ağır şərtlər altında yaşayır. "Bəzən yemək tapırıq, bəzən tapmırıq," deyə o bildirib. Trampın siyasəti səbəbilə ABŞ-a qəbul olunmaq ümidləri azalan ailə, təhlükəli olsa da doğma vətənə qayıtmağı düşünmür.

Son xəbərlər