Tramp: Rusiya və Ukrayna arasında ən böyük əsir mübadiləsi başa çatdı

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri ən böyük əsir mübadiləsinin tamamlandığını açıqlayıb.
BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, iki ölkə İstanbulda keçirilən danışıqlarda qarşılıqlı olaraq min hərbi əsirin azad edilməsi barədə razılığa gəlmişdi.
Tramp bu barədə şəxsi Truth Social hesabında paylaşım edib.
"Rusiya və Ukrayna arasında böyük bir əsir mübadiləsi bu gün tamamlandı. Qısa zamanda icra olunacaq. Danışıqlar üçün hər iki tərəfi təbrik edirəm. Bu, daha böyük bir irəliləyişə yol aça bilərmi?" – deyə o bildirib.
Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri 16 mayda İstanbulda keçirilən görüşlərdə minə-min əsirin azad edilməsi barədə razılaşmışdılar. Bu razılaşma reallaşdığı təqdirdə müharibə ərzində ən genişmiqyaslı əsir mübadiləsi olacaq.
Görüşlərdə Ukrayna tərəfinə rəhbərlik edən müdafiə naziri Rüstem Umerov razılaşmanı təsdiqləyərək yaxın günlərdə mübadilənin həyata keçiriləcəyini açıqlamışdı. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski də bu razılaşmanı təsdiqləyərək, "Yaxın günlərdə minə-min əsirin dəyişdirilməsi baş tutacaq", – deyə bildirmişdi.
Oxşar xəbərlər
Xronika: "Ermənistanın Milli Arxivindən materiallar Azərbaycana verilib"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. "Ermənistan arxivindən mühüm sənədlər Azərbaycanın əlinə keçdi" adlı süjetdə...
