TDT-yə üzv və müşahidəçi ölkələrin XİN başçılarının zirvəöncəsi görüşü olub

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi zirvəöncəsi görüşü olub.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
"Nazirimiz Hakan Fidan Budapeştdə TDT-nin qeyri-rəsmi zirvəsindən öncə təşkil edilmiş açılış tədbirində həmkarları ilə görüşüb", – xarici siyasət idarəsinin sosial şəbəkə hesabındakı müvafiq postunda yazılıb.
XİN-in dərc etdiyi şəkildə TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev, üzv ölkələrin XİN başçıları – Murat Nurtleu (Qazaxıstan), Hakan Fidan (Türkiyə), Jeenbek Kulubaev (Qırğızıstan), Ceyhun Bayramov (Azərbaycan), Baxtiyar Saidov (Özbəkistan), habelə qurumda müşahidəçi olan Macarıstanın baş diplomatı Peter Siyarto əks olunub.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanda işgüzar səfərdədir. O, mayın 20-də Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb. Dövlət başçısının mayın 21-də keçiriləcək TDT qeyri-rəsmi zirvəsində iştirak edəcəyi gözlənilir.
Oxşar xəbərlər
Məhkəmədə Ermənistan silahlı qüvvələrinin Gəncəyə raketlərlə zərbələr endirməsi ilə bağlı sənədlər elan edilib
Oktyabrın 6-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə da...
