İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu göndərib.
BAKU.WS President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi şəxsən öz adımdan və Qırğızıstan xalqı adından Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.
Novruz qədim zamanlardan birlik və barışıq, sülh və tərəqqi rəmzi olub.
Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri xalqlarımızın və dövlətlərimizin rifahı naminə bundan sonra da möhkəmlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı sülh və tərəqqi arzulayıram".
Sadır Japarov Prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə də təbrik edib: "Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi və Azərbaycan Respublikasının xalqını müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm.
Qoy Ulu Tanrı müqəddəs ayda gördüyümüz bütün xeyirxah işlərimizi qəbul etsin və bu mübarək bayram əmin-amanlığımızı, xoşbəxtliyimizi artırsın. Bəşəriyyəti şəfqət və mərhəmətə aparan, yüksək dəyərləri əks etdirən bu bayram hər bir evə səadət və hüzur gətirsin, qardaş xalqlarımıza isə sülh və firavanlıq bəxş etsin.
Zati-aliləri, bir daha Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan xalqına isə davamlı tərəqqi və əmin-amanlıq arzulayıram".
***16:33
Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
BAKU.WS President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Hörmətli cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə ürəkdən gələn səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Qoy bu bayram hər bir müsəlman ailəsinə sevinc, sülh və xoşbəxtlik gətirsin, insanların qəlbini xeyirxah işlərin görülməsi üçün birlik və həmrəyliyi gücləndirmək, müqəddəs ayda qazanılan savabları qoruyub saxlamaq arzusu ilə doldursun! Ulu Tanrı bütün dualarımızı, oruclarımızı, xeyirxah əməllərimizi qəbul etsin, insanlar arasında qardaşlıq əlaqələrini möhkəmləndirsin!
Ölkələrimizə, xalqlarımıza və bütün ümmətimizə sülh, əmin-amanlıq və Uca Yaradanın sonsuz mərhəmətini arzulayıram".
***16:10
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
BAKU.WS xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi çatdırıram.
Ramazan ayı insanların qəlbini və düşüncəsini nurlandıran, onları birlik, mənəvi saflıq və əxlaqi dəyərlərə dəvət edən mübarək aydır. Bütün İslam aləmi, o cümlədən Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edən bu müqəddəs bayram Türk Dövlətləri Təşkilatının əsas prinsiplərindən olan birlik, sülh və qardaşlıq dəyərlərini təşviq edir.
Bu əlamətdar bayram münasibətilə Zati-alinizə və dost, qardaş Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik və rifah diləyirəm".
Oxşar xəbərlər
Kreml onların boyunlarından tutub Azərbaycana təhvil verdi ki, orada namaz qılsınlar
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Koçaryan Ermənistanda masa arxasında deyil,...
