Tanınmış aşpaz və həyat yoldaşı faciəvi şəkildə öldürüldü - FOTO

Tanınmış aşpaz və həyat yoldaşı faciəvi şəkildə öldürüldü - FOTO
Foto
Siyasət 2

İspaniyalı aşpaz Devid Pereqrina və həyat yoldaşı Silva Santos Braziliyada restoranlarının qarşısında güllələnərək öldürülüb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Pau do Makako adasındakı turizm şəhəri Porto Sequroda bir restoranın girişində tapılan hər iki cəsədin üzərində güllə izləri olub.

Polisdən verilən açıqlamaya görə, Pereqrina restoranın girişində güllələnib, hadisə zamanı duşda olan həyat yoldaşı birinci mərtəbədən çılpaq tullanaraq qaçmaq istəyərkən öldürülüb.

Qeyd olunub ki, qadın silah səslərini eşidəndə təşviş içində vanna otağından çıxıb və eyvandan atılarkən güllə hədəfinə çevrilib.

David Pereqrinanın qolundan, sinəsindən və kürəyindən güllə yarası aldığı bildirilib.

Oxşar xəbərlər

Rivaldo və Neymarın bacısı Braziliyada dövlət çevrilişində iştirak edib

Rivaldo və Neymarın bacısı Braziliyada dövlət çevrilişində iştirak edib

Dünya futbolununun tanınmış simalarından olan Rivaldo və "Əl-Hilal"ın futbolçusu Neymarın bacısı Rafaella Santos Braziliyada dövlət çevrilişinə iştirak edib. BA...

0 Siyasət 08:41 15 noyabr 2023

Son xəbərlər