Tanınmış jurnalist: "Meydan TV"yə qarşı xalqın aqressiyası var"
"Meydan TV"də cinsi azlıqlarla bağlı reportaj hazırlayırdılar. Bununla bağlı Azərbaycan xalqı öz mövqeyini ortaya qoyurdu. Şərhlərə baxanda biz görürdük ki, onlara qarşı nə qədər aqressiya var. Ancaq "Meydan TV"yə də ən çox sərf edən məhz həmin şərhlər idi".
Bunu Baku TV-də yayımlanan "Baku Aktual" verilişində Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.
"Meydan TV" şərhlərin hamısını "screen" edib havadarlarına göndərirdi. Bildirirdilər ki, Azərbaycanda cinsi azlıqlara qarşı kin, nifrət var. Bu mövzularla bağlı onlar ikiqat pul qazanırdılar", - deyə o, sözlərinə əlavə edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Laos liderinə təbrik məktubu göndərib
Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitə təbrik məktubu göndərib. BAKU.WS xəbər verir ki, məktubda deyilir: "Hör...