Tacikistan Prezidenti İlham Əliyevi "Zayed İnsan Qardaşlığı Mükafatı"na görə təbrik edib
Tacikistan Prezidenti Emoməli Rəhmon azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
BAKU.WS-in məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi nüfuzlu "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Bu təşəbbüs konstruktiv siyasətin və dözümlülüyün təşviqi yolu ilə davamlı sülhə və sabitliyə nail olmaq üçün ardıcıl səylərinizin, güclü iradənizin tanınmasının daha bir təsdiqidir.
Biz Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin imzalanmasını iki dövlət arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi, həmçinin Qafqaz regionunda və onun hüdudlarından kənarda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi prosesində mühüm amil hesab edirik.
Tacikistan sülhsevər ölkə olaraq bu önəmli, konstruktiv və tarixi nailiyyəti bir daha alqışlayır və bütün mübahisələrin, münaqişələrin yalnız siyasi-diplomatik üsullarla həllinə sadiqliyini vurğulayır.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycan xalqına isə yeni nailiyyətlər, davamlı sülh və bundan sonra da tərəqqi arzulayıram".
Oxşar xəbərlər
Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Pakistanın diaspor və insan resurslarının inkişafı üzrə naziri Çauduriy Salik Hussainqa və Nigeriyanın D...