Siyarto: Azərbaycan və Ermənistan arasındakı sülh Qafqaz və qlobal təhlükəsizlik üçün mühüm addımdır
Azərbaycan və Ermənistan arasında sülh sazişi Qafqaz və qlobal təhlükəsizlik üçün mühüm addımdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Donald Tramp bir daha sübut etdi ki, o, sülh prezidentidir. Ümid edirik ki, Pakistan-Hindistan, İran-İsrail və Azərbaycan-Ermənistandan sonra Rusiya və Ukrayna arasındakı müharibə də dayandırılacaq", - Macarıstan XİN başçısı əlavə edib.
Onun paylaşımını Macarıstanın Baş naziri Viktor Orban da öz səhifəsində "repost" edərək təkrar paylaşıb.
Oxşar xəbərlər
İlham Əliyev Corcia Melonini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Corcia Melonini ən uzun müddətli vəzifədə olması münasibəti ilə təbrik edib. BAKU.WS xəbər verir ki, bu...