Rəsmi Bakı "Rossotrudniçestvo"nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib
Azərbaycan tərəfi "Rossotrudniçestvo" agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib.
Bu barədə "Report"a məlumatlı mənbələrdən bildirilib.
Daha əvvəl analoji qərarın ABŞ-nin USAID agentliyi ilə bağlı verildiyini nəzərə alaraq (hətta Prezident Donald Trampın andiçmə mərasimindən və onun bu strukturu ləğv etmək barədə sonrakı qərarından əvvəl), bu addım müasir Azərbaycanın öz milli maraqlarını qorumaq istiqamətində ardıcıl kursu davam etdirdiyinin bir daha sübutudur və haradan qaynaqlanmasından asılı olmayaraq, kənar müdaxilələrə artıq dözmək niyyətində olmadığını göstərir.
Azərbaycan özü donora çevrilib və xüsusilə qeyri-şəffaf sxemlər əsasında və strukturu açıq şəkildə kəşfiyyat xarakterli olan təşkilatlar vasitəsilə verilən kənar yardıma ehtiyacı yoxdur.
Oxşar xəbərlər
Qətər parlamentinin spikeri Bakıda səfərdədir
Qətər Dövlətinin Şura Məclisinin sədri Həsən bin Abdulla Əl-Qanim Azərbaycana işgüzar səfərə gəlib. BAKU.WS xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı...