Prezident: Papa Fransiskin Heydər Məscidində görüşü birliyin bərqərar olmasının vacibliyi ilə bağlı mesaj idi
Papa Fransiskin Heydər Məscidində ölkəmizdə fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüşü insanlar arasında birliyin bərqərar olmasının vacibliyi ilə bağlı mesaj idi.
BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev deyib.
Dövlət başçısı Papa Fransiskin xatirələrdə çox sadə, adi insanların ehtiyac və arzuları ilə yaşayan bir şəxs kimi qalacağını deyib.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana katolik kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər.
Dövlət başçısı və birinci xanım Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete ilə söhbət ediblər.
Oxşar xəbərlər
Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Pakistanın diaspor və insan resurslarının inkişafı üzrə naziri Çauduriy Salik Hussainqa və Nigeriyanın D...