Prezident dövlət komitəsinə 600 min manat ayırdı
Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Sərəncam imzalayıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı President.az məlumat yayıb.
Sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 600 min manat vəsait ayrılıb.
Oxşar xəbərlər
Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti mə...